"Amazon" qlobal miqyasda on minlərlə insanı işlə təmin edəcək | Banco.az

"Amazon" qlobal miqyasda on minlərlə insanı işlə təmin edəcək

Tamara Mustafayeva, Banco.az

"Amazon" 55 min insanı işlə təmin edəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi "Amazon" şirkətinin yeni CEO-su Andy Jassy növbəti aylar ərzində texnologiya və korporativ sahədə qlobal miqyasda 55 min insanı işə götürməyi planlaşdırdıqlarını açıqlayıb. Bununla da, müvafiq şöbələrdə 20%-lik artıma imza atılacaq.

İyul ayında vəzifəsinin icrasına başladıqdan sonra ilk dəfə mətbuata açıqlama verən Andy Jassy pərakəndə, reklam və digər sahələrdəki tələbi qarşılamaq üçün daha çox işçi qüvvəsinə ehtiyac duyduqlarını bildirib. O, sözügedən 55 min nəfərin 40 mindən çoxunun Amerikanın payına düşəcəyini, qalan qisminin isə Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdən seçiləcəyini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət ötən il ABŞ-da anbar və çatdırılma sahələrində işləmək üçün 500 mindən çox insanı işə qəbul etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et