"Amazon" peyvənd olunan işçilərinə böyük həcmli hədiyyələr verəcək | Banco.az

"Amazon" peyvənd olunan işçilərinə böyük həcmli hədiyyələr verəcək

Tamara Mustafayeva, Banco.az

"Amazon" şirkəti peyvənd olunan əməkdaşları üçün 2 milyon dollar dəyərində lotereya keçirəcəyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın e-ticarət nəhəngi "Amazon" hələ də peyvənd olunmayan işçilərini vaksinasiyaya təşviq etmək üçün onlara lotereya bileti paylayacağını açıqlayıb.

Şirkət “Max Your Vax” adlı kampaniya çərçivəsində iki nəfərə 500 min dollar, altı nəfərə 100 min dollar, beş ədəd avtomobil və beş ədəd istirahət paketi olmaqla ümumilikdə 18 hədiyyə təqdim edəcək. 

Qeyd edək ki, dünya miqyasında Delta ştammının sürətlə yayılması şirkətlərin müvafiq addımlar atmasına gətirib çıxarıb. "Amazon" da anbar işçilərinin yenidən qoruyucu maska taxmasını məcburi edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et