"Amazon" öz tarixindəki ən böyük işçi ixtisarına hazırlaşır | Banco.az

"Amazon" öz tarixindəki ən böyük işçi ixtisarına hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” çərşənbə günü 18 mindən çox işçisini ixtisar edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın e-ticarət nəhəngi “Amazon” pandemiya dövründə həddindən artıq işçi qəbulu həyata keçirdiklərini etiraf edərək yaxın günlərdə kütləvi ixtisarlara hazırlaşdıqlarını elan edib.

Bu barədə şirkətin baş icraçı direktoru Endi Cessi bloq yazısında məlumat verib.

Xatırladaq ki, ilin üçüncü rübünün sonunda “Amazon”da 1,54 milyon insan işləyirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et