"Amazon" ofisə qayıdış vaxtını yenidən təxirə saldı | Banco.az

"Amazon" ofisə qayıdış vaxtını yenidən təxirə saldı

Tamara Mustafayeva, Banco.az

7 sentyabr 2021-ci ildə işçilərinin ofislərə qayıtmasını planlaşdıran "Amazon" şirkəti yoluxma sayının artmasından sonra sözügedən tarixi gələn ilin yanvar ayınadək təxirə salıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ötən ilin mart ayından etibarən pandemiya ilə mübarizə çərçivəsində əməkdaşlarının məsafədən işləməyinə qərar verən e-ticarət nəhəngi ötən həftə açıqlama edərək 7 sentyabr 2021-i ofisə qayıdış tarixi kimi elan etmişdi. Ancaq koronavirusun Delta ştammının sürətlə yayılması səbəbindən planlarında dəyişiklik etməli olan digər şirkətlər kimi "Amazon" da müəyyən edilmiş tarixi təxirə salmalı olub. Ofisə qayıtdıqdan sonra hibrit sistemi üzrə fəaliyyət göstərəcəklərini bildirən şirkət sözügedən tarixin isə 2022-ci ilin yanvar ayından başlayacağını qeyd edib. 

Bununla yanaşı, şirkət ofislər açıldığı zaman vaksinasiya sertifikatı təqdim etməyən işçilərdən qoruyucu maska taxmalarını tələb edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bir müddət əvvəl də tanınmış şirkətlər "Microsoft", "Google" və "Facebook" işçilərin ofisə qayıtması üçün peyvənd olunmağı şərt kimi irəli sürmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et