Amazon "Metro Goldwyn Mayer"i satın aldı - Qiymət | Banco.az

Amazon "Metro Goldwyn Mayer"i satın aldı - Qiymət

Tamara Mustafayeva, Banco.az

Amazon şirkəti "Metro Goldwyn Mayer" kinostudiyasını 8.45 milyard dollara satın almaq üzrə razılığa gəlib.

Əvvəlki məqalələrimizdən birində e-ticarət nəhəngi Amazon şirkətinin əfsanəvi kinostudiya "Metro Goldwyn Mayer"i satın almaq üçün MGM Holdinqlə danışıqlara başladığını xəbər vermişdik. İndi isə satınalma prosesinin həyata keçirildiyi rəsmi olaraq elan edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amazon "Metro Goldwyn Mayer"i satın almaq üçün 8.45 milyard dollar ödəyib. 

Qeyd edək ki, e-ticarət nəhənginin səhmləri sözügedən xəbərin ardınca 0,5% bahalaşıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram