“Amazon” malların çatdırılmasında dronlardan istifadə edəcək | Banco.az

“Amazon” malların çatdırılmasında dronlardan istifadə edəcək

“Amazon” korporasiyası bu ildən etibarən ABŞ-da kiçik bağlamaların çatdırılmasında pilotsuz uçuş aparatlarından istifadəyə başlamaq niyyətindədir.

Bu barədə şirkətin məlumatında deyilir.

Məlumata görə, dronlarla çəkisi 2,2 kq-dan artıq olmayan mallar, o cümlədən kosmetika, dəftərxana ləvazimatı, akkumulyatorlar və ev üçün yüngül mallar daşınacaq. Dron bir saat ərzində təyinat nöqtəsinə çatmalı və bağlamanı alıcının həyətinə atmalı olacaq.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram