"Amazon" ilk ağıllı ev robotunu təqdim etdi - QİYMƏT | Banco.az

"Amazon" ilk ağıllı ev robotunu təqdim etdi - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

E-ticarət nəhəngi "Amazon" dünən baş tutan tədbirdə yeni məhsullarını ictimaiyyətə təqdim edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Amazon"un süni intellekt texnologiyası ilə işləyən rəqəmsal köməkçisi "Alexa"nın inteqrasiya olunduğu yeni ağıllı termostat, "Echo Show", planşet və projektor cihazını birləşdirən "Glow", fitnes biləkliyi "Halo View", ağıllı qapı zəngi "Blink" və yeni təhlükəsizlik kamerası hissəciyi "Ring"in də tanıdıldığı tədbirdə ən çox marağa səbəb olan isə şirkətin ağıllı ev robotu "Astro" olub.

"Alexa" ilə dəstəklənən bu ağıllı ev robotu vasitəsilə istifadəçilər evdən uzaqda olduqları zaman smartfonlarına əvvəlcədən yüklənmiş müvafiq proqramla evlərinin hər bir otağını rahatca gəzib yoxlaya bilirlər.

İnkişaf etmiş öyrənmə alqoritm və sensorları sayəsində evi qarış-qarış gəzə bilən "Astro" istifadəçilər evdə olduğu zaman isə onlara bəyəndikləri musiqiləri, podkastları və ya şouları dinlədib istifadəçilərlə birlikdə otaqdan otağa keçə bilir.

Üzərində quraşdırılmış periskop kamerasını daha yaxşı görünüş əldə etmək üçün yüksəldib-alçalda bilən "Astro" şübhəli məqam olduqda siqnal verməyə başlayır.

Ən sərfəli kredit üçün müraciət et

Məxsusi karqo qutusuna yerləşdirilən qidalarla ev heyvanlarının da qayğısına qalan "Amazon"un bu ağıllı ev robotu uyğun aksesuarın köməyi ilə qan təzyiqini ölçüb nəticələri ekranda göstərə bilir.

Adapteri ilə birlikdə təqribən 11 kiloqram ağırlığa malik "Astro" hazırda ABŞ-da ilkin sifarişləri qəbul etməyə başlayıb. Başlanğıc qiyməti 999 dollar müəyyən edilən robotun ilkin sifariş mərhələsindən sonra 1449 dollara satılacağı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et