"Amazon" Hindistan bazarına qayıdıb | Banco.az

"Amazon" Hindistan bazarına qayıdıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın e-ticarət nəhəngi “Amazon” Hindistan bazarına geri dönüb.

Banco.az xəbər verir ki, “Amazon” Hindistanda “Amazon Pay” ödəmə üsulundan istifadə edən restoranlar üçün cüzi faktura ödənişi tətbiq etməyə başlamaqla bazara yenidən qayıdıb.

Məlum olduğu kimi, ABŞ-ın aparıcı e-ticarət şirkəti olan “Amazon” ötən 10 il ərzində Hindistanda ərzaq məhsullarının çatdırılmasından ödəniş üsullarına qədər bir çox istiqamətdə milyardlarla dollar sərmayə qoysa da, burada ABŞ bazarında sahib olduğu hökmranlığa nail ola bilməyib. Ancaq şirkət Hindistan bazarına yenidən qayıtmaq qərarına gəlib.

Belə ki, artıq müştərilər kredit və debet kartları, həmçinin “Amazon Pay Later” istifadə edərək ödəniş etmək üçün “Amazon”un mobil tətbiqetməsində “Amazon Pay” və daha sonra “Dining” seçimindən istifadə etməklə prosesi həyata keçirə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda “Amazon India” demək olar ki, bütün sadalanan restoranlarda hesab ödənişlərində endirimlər təklif edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et