Amazon-da artıq qida məhsulları da olacaq | Banco.az

Amazon-da artıq qida məhsulları da olacaq

ABŞ-lı online alış-veriş nəhəngi olan Amazon, "Amazon Dash" adını verdiyi bir tətbiq ilə qida məhsullarının internet vasitəsilə satışı üçün sınaq dövrünə başladı. Almaniyada nəşr edən Chip adlı informasiya saytının verdiyi xəbərə görə, sistem iki addımdan ibarətdir. Birinci müştərinin hansı qidanı almaq istədiyinə dair önünə qoyulan bir alış-veriş siyahısı və üzərində  yerləşən barkodlar. İkinci addım isə Amazon-un soyuq hava anbarlarında olan qidaların müştəriyə göndərilməsidir. 

Tətbiqin ən maraqlı tərəfi isə, müştərilərə daha əvvəl veriləcək Çubuq formalı barkod brauzeri ilə, müştəri evində bitən məhsulun qutusu və ya qabı üzərindəki barkodunu axtardıqdan sonra sifariş verə biləcək. Müştəri internet vasitəsiylə etdiyi alverdən sonra bu məlumatlar Amazon-un anbarlarındakı kompüterlərə çatdırılacaq, daha sonra müştərinin cib telefonu və ya kompüterində təsdiq təqdim ediləcək. Bu müddət tamamlandıqdan sonra, qida soyuq hava anbarlarından bir gün ərzində müştəriyə çatdırılacaq. Ancaq sözügedən tətbiqdən faydalana bilmək üçün Amazon-un paylama şəbəkəsinə üzv olmaq lazımdır. 

Ən sərfəli kredit üçün müraciət et

Tətbiq hələlik San Francisco və Los Angelesdə başladılacaq. Amazon-un bu iki şəhərdə aparacağı sınaqdan sonra əldə ediləcək nəticələrə görə, qida satışı həm Amerikada, həm də Almaniya başda olmaq üzrə dünyanın digər ölkələrində də başlayacaq.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et