“Amazon” bu ölkəyə 15,7 milyard avro sərmayə qoymağı planlaşdırır | Banco.az

“Amazon” bu ölkəyə 15,7 milyard avro sərmayə qoymağı planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

“Amazon” şirkəti İspaniyada bulud infrastrukturunun genişləndirilməsinə 15,7 milyard avro sərmayə qoymaq niyyətində olduğunu bildirib.

Banco.az xəbər verir ki, “Amazon”un bulud bölməsi olan “Amazon Web Services” (AWS) regionun səlahiyyətli orqanlarının dəstəyi ilə İspaniyanın Araqon şəhərində məlumat mərkəzlərini inkişaf etdirməyi planlaşdırır.

Ümumilikdə, “AWS” investisiyalarının 2033-cü ilə qədər İspaniyanın ÜDM-ə töhfəsi 21,6 milyard avro ola bilər. Bulud infrastrukturunun genişləndirilməsi 17,5 minə yaxın iş yerinin yaradılmasına səbəb olacağı gözlənilir.

Bu yeni investisiya şirkətin 2021-ci ildə elan etdiyi planlarını əhəmiyyətli dərəcədə genişləndirir. Həmin vaxt “AWS” İspaniya məlumat mərkəzlərinin inkişafına 2,5 milyard avro sərmayə qoymağı planlaşdırdığını açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Amazon” səhmləri çərşənbə günü erkən ticarətdə 0,1% ucuzlaşıb. Bu ilin əvvəlindən şirkətin səhm dəyəri 20,5% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et