"Amazon" bu ölkədəki fəaliyyətinin bir qismini dayandıracaq | Banco.az

"Amazon" bu ölkədəki fəaliyyətinin bir qismini dayandıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon” firması Hindistandakı fəaliyyətinin bir hissəsini dayandırmağa qərar verib.

Banco.az xəbər verir ki, şirkətin bu addımı 1,4 milyard istehlakçısı ilə böyüyən bazara baxmayaraq, baş direktor Endi Jassinin xərclərin azaldılması mübarizəsinin hansı səviyyəyə çatdığını göstərir.

Məsələyə yaxın mənbələrind ediyinə görə, e-ticarət nəhənginin Hindistandakı minlərlə işçisindən təkcə bir neçə yüzü ixtisar ediləcək.

Qeyd edək ki, ABŞ-ın e-ticarət şirkəti “Amazon” Hindistanda yerli konqlomeratlar “Reliance Industries Ltd.” və “Tata Group” ilə yanaşı həmçinin “Walmart”a məxsus “Flipkart” ilə də rəqabət aparır. Şirkət ötən 10 il ərzində Hindistanda ərzaq məhsullarının çatdırılmasından tutmuş ödənişlərə qədər bir çox sahədə milyardlarla dollar xərcləyib, ancaq burada arzu olunan üstünlüyü əldə etməyə müvəffəq olmayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et