"Amazon" böyük həcmli pərakəndə mağazalar açacaq | Banco.az

"Amazon" böyük həcmli pərakəndə mağazalar açacaq

Tamara Mustafayeva, Banco.az

"Amazon" böyük həcmli pərakəndə mağazalar açmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, e-ticarət nəhəngi "Amazon" geyim, ev əşyaları, elektronika və digər sahələr üzrə satışlarını artırmağa istiqamətlənən yeni addım atmağı planlaşdırır. Belə ki, ABŞ-da çox böyük pərakəndə mağazalar açmağı düşünən şirkətin ilk böyük mağazalarından bəzilərinin Kaliforniya və Ohayo ştatlarında açılması gözlənilir.

Xəbərə görə, sözügedən mağazalar 2 min kvadrat kilometrdən böyük olacaq və burada tanınmış markaların məhsulları satışa çıxarılacaq. Buraya hansı markaların daxil olduğuna dair heç bir məlumatın əks olunmadığı xəbərdə həmçinin "Amazon"un özünə məxsus məhsulların da satılacağı bildirilib.

Xatırladaq ki, Ceff Bezos tərəfindən 1994-cü ildə onlayn kitab satışı həyata keçirən sayt kimi təsis edilmiş "Amazon" daha sonra açdığı kitab mağazaları və ərzaq məhsullarının satışı ilə məşğul olan supermarket şəbəkələri ilə pərkəndə satış sektorunda uzun müddətdir ki, məxsusi yerə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et