Tamara Mustafayeva, Banco.az
Ötən günlərdə "City AM" adlı ingilis iqtisadi nəşri e-ticarət nəhəngi "Amazon"un Bitkoin ilə ödəniş qəbul edəcəyinə dair xəbər yayımlamışdı.
Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkət sözügedən xəbərdən sonra müvafiq açıqlama edib. "Amazon" sözçüsünün dediklərinə görə, xəbərdə qeyd edilən informasiyalar həqiqəti əks etdirmir. Ancaq şirkət Bitkoinlə ödəniş imkanı yaratmağı planlaşdırmasa da, bu sektoru yaxından izlədiyini və maraq göstərdiyini də bildirib.
Qeyd edək ki, sözügedən xəbərdən sonra kriptovalyuta növlərində də 12% artım müşahidə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!