Dünyanın və ABŞ-ın ən böyük elektron ticarət və texnologiya şirkətlərindən olan "Amazon" pərakəndə satış, market fəaliyyətlərindən sonra bank sektoruna addım atır.
"Report" türk mətbuatına istinadən xəbər verir ki, bütün ödənişləri onlayn rejimdə qəbul edən şirkətin məqsədi bank hesabı və kredit kartı olmayan potensial müştərilərə əldə etməkdir.
"The Wall Street Journal" nəşri yazır ki, "Amazon" banklarda olan müddətsiz hesablara bənzər maliyyə aləti üzərində çalışır. Şirkət bunun üçün ölkənin nüfuzlu "JPMorgan Chase" bankı ilə əməkdaşlığa hazırlaşır. Prosesdə başqa maliyyə qurumlarının iştirak edəcəyi istisna olunmur.
"Amazon" bununla banklara rəqib olmayacağını, sadəcə müştərilərinin ödəniş müddətini və xərclərini azaltmaq istədiyini bildirib.