Tamara Mustafayeva, Banco.az
"Amazon" şirkəti bu ilki tətil mövsümü üçün ABŞ-da 150 min insanı işə götürməyə hazırlaşır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-da pərakəndə satış həcminin ötən aya nəzərən kəskin artmasından sonra e-ticarət nəhəngi "Amazon" tətil mövsümünə tədarüklü girməyi planlaşdırır.
Şirkət ABŞ-da 150 min mövsümi personal işə götürəcəyini açıqlayıb ki, ötən il bu rəqəm 100 min idi.
Qeyd edək ki, "Amazon"un işə qəbul planı ABŞ-da hökm sürən kadr çatışmazlığı və sindikat fəaliyyətlərinin artması əsnasında formalaşıb. Bu da, şirkətlərin ilin sonuna doğru başlayacaq alış-veriş mövsümündə çalışması üçün səriştəli işçiləri cəlb edə bilməsi məqsədilə onlara təqdim edilən ödəniş məbləğini artırmasını tələb edir.
Bizi sosial şəbəkələrdən izləyin!!