“A.M.A.Y. Holding” MMC “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC cavabdehin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması və ödənilməmiş icarə haqqının tutulması barədə tələb irəli sürüb.
Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarıb. Həmin qərardaddan narazı qalan “A.M.A.Y. Holding” MMC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi MMC-nin apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən qüvvədə saxlayıb.
Mənbə: Report.az