Alüminiumun kəskin bahalaşması gözlənilir | Banco.az

Alüminiumun kəskin bahalaşması gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs”ın proqnozları fonunda alüminium 7 ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, “Goldman Sachs Group” metal proqnozunu artırdıqdan sonra alüminium iyun ayından bəri qeydə alınan ən yüksək səviyyəyə qalxıb. 

Belə ki, 1,2 faiz bahalaşan alüminium fyuçersləri 2627 dollara ticarət olunur. Qurumun analitikləri isə qiymətlərin bir ton üçün 3000 dolları keçəcəyini gözləyirlər.

Qeyd edək ki, avtomobildən tutmuş elektronikaya qədər bir çox sahədə istifadə edilən alüminium qiymətlərinin Avropa və Çindən gələn tələblə yaxın günlərdə kəskin bahalaşması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et