Altı il ərzində dünyada 56 nüvə reaktoru istifadəyə veriləcək | Banco.az

Altı il ərzində dünyada 56 nüvə reaktoru istifadəyə veriləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın 12 ölkəsi 2030-cu ilə qədər 62 min 300 meqavatlıq nüvə enerjisini istifadəyə verməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Ümumdünya Nüvə Assosiasiyasının (WNA) məlumatlarına görə, hazırda dünyanın 30-dan çox ölkəsində təxminən 440 nüvə reaktoru var. 

Sözügedən reaktorlar qlobal elektrik ehtiyacının 10 faizini ödəyir. İlk kommersiya atom elektrik stansiyalarının işə salındığı 1950-ci illərdən bəri isə ümumilikdə 214 reaktor istismardan çıxarılıb.

Bu il Hindistan, ABŞ və Birləşmiş Ərəb Əmirliklərində 3 reaktor elektrik şəbəkəsinə qoşulub, Misir, Çin və Rusiyada isə 3 reaktorun tikintisinə başlanılıb. İlin əvvəlində isə Rusiyada 1 reaktor bağlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ekoloji cəhətdən təmiz texnologiya hesab edilməsi və elektrik enerjisi istehsal gücünə görə digər enerji mənbələrini üstələməsi səbəbindən nüvə enerjisinə üstünlük verilməkdə davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et