Altı ayda nə alıb, nə satmışıq? | Banco.az

Altı ayda nə alıb, nə satmışıq?

İyul ayının 1-nə idxal əməliyyatları üzrə 3 milyard 409 milyon 673.65 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 15.72% azalmışdır), ixrac əməliyyatları üzrə 5 milyard 268 milyon 749.15 min ABŞ dolları (keçən ilin müvafiq dövrünə nisbətən 36.45 % artmışdır) dövriyyə qeydə alınıb. 

Ət idxalı artıb 

Bu ilin 6 ayında ölkəyə 624 192.99 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə statistik dəyər baxımından 4,28 faiz artım deməkdir. Xatırladaq ki, 2016-cı ilin 6 ayında ölkəyə 598 549.55  min dollar dəyərində yeyinti məhsulları gətirilmişdi.

Nəzərə çatdıraq ki, yeyinti məhsullarının sırasında ölkəyə ət idxalının kəskin artdığı məlum olur. 

Malın adı

2016-cı ilin ilk 6 ayı ərzində

Miqdar

2017-ci ilin ilk 6 ayı ərzində

Miqdar

2016-cı ilin ilk 6 ayının idxalına nisbətən %-lə

Ət

11 337.52

23 677.25

208.84

Süd, ton

2 306.97

3 656.99

158.52

Kərə yağı və süddən hazırlanmış digər yağlar, ton

7 801.71

7 767.35

99.56

Meyvə-tərəvəz, ton

194 939.85

173 612.60

89.06

Buğda, ton

682 752.65

442 085.35

64.75

Çay, ton

5 536.92

5 423.33

97.95

Şəkər, ton

131 383.31

149 087.39

113.48

Ən sərfəli kredit üçün müraciət et

Onu da bildirək ki, bu ilin 6 ayında ölkəyə 72 454.25 min dollar dəyərində tütün və tütün məmulatları gətirilib. Statistik dəyər baxımından tütün məmulatlarının idxalı 1.57 faiz artıb. 

Neft məhsullarının ixracı azalıb 

Cari ilin 6 ayında ölkədən 10 642 095.94 ton xam neft ixrac edilib. Neft ixracı 8.79 faiz azalıb. Neft məhsullarının ixracı isə 2016-cı ilin ilk 6 ayının ixracına nisbətən 56.7 faiz az olub. Təbii qaz ixracı isə 4 dəfə artıb. 

Malın adı

2016-cı ilin ilk 6 ayı ərzində

Miqdar

2017-ci ilin ilk 6 ayı ərzində

Miqdar

2016-cı ilin ilk 6 ayının idxalına nisbətən %-lə

Xam neft, ton

10 642 095.94

9 707 174.36

91.21

Neft məhsulları (2710 mal kodu üzrə), ton

878 158.08

380 224.64

43.30

Təbii qaz, min kub metr

664 086.82

3 180 646.82

478.95

Elektrik enerjisi, min kVt/saat

149 622.76

584 427.36

390.60

Meyvə-tərəvəz, ton

165 765.89

264 708.59

159.69

Çay, ton

605.73

874.32

144.34

Pambıq lifi, ton

2 900.45

17 225.66

593.90

Mənbə: Oxu.az 

Ən sərfəli krediti almaq üçün müraciət et