"Alphabet"in ilk rüb üzrə gəlirləri artıb | Banco.az

"Alphabet"in ilk rüb üzrə gəlirləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google”un ana şirkəti “Alphabet”in gəlirləri yanvar-mart dövründə artım göstərib.

Banco.az xəbər verir ki, “Alphabet” şirkəti də 2023-cü ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.

Bu hesabata görə, “Alphabet”in ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 69,8 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni rübündə 68 milyard dollar gəlir əldə etmişdi.

Texnologiya nəhənginin xalis mənfəəti isə birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 15,1 milyard dollar olub. “Alphabet” ötən ilin birinci rübü 16,4 milyard dollar xalis mənfəət əldə etmişdi.

Şirkətin 2022-ci ilin yanvar-mart dövründə 1,23 dollar olan səhmbaşına mənfəəti də bu ilin eyni dövründə 1,17 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram