Müəllif:Mehin Qasımova,Banco.az
Google-ın ana şirkəti olan "Alphabet" 2026-cı ilin aprel-iyun ayları üçün maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin ikinci rübdə gəliri ötən ilin eyni dövründəki 96,4 milyard dollardan 24 faiz artaraq 119,8 milyard dollara çatıb.
Şirkətin xalis mənfəəti də eyni dövrdə 298 faiz artaraq 28,2 milyard dollardan 112,1 milyard dollara yüksəlib.
"Alphabet" şirkətinin səhm başına mənfəəti ötən ilin ikinci rübündəki 2,31 dollardan bu ilin eyni dövründə 9,11 dollara yüksəlib.
Alphabet şirkətinin baş direktoru Sundar Pichai maliyyə nəticələrini qiymətləndirərkən bildirib ki, süni intellektə yatırdığımız investisiyalar biznesimizin hər bir aspektində mümkün olanı yenidən müəyyənləşdirir.
Piçai süni intellekt infrastrukturuna və həllərinə olan güclü tələbatın təsiri ilə "Google Cloud" gəlirlərinin 82 faiz artdığını bildirdi və "Gemini" tətbiqinin aylıq 950 milyon aktiv istifadəçiyə çatdığını qeyd edib.
