Almanların bir hissəsi hökumətin yardımını geri qaytarıb | Banco.az

Almanların bir hissəsi hökumətin yardımını geri qaytarıb

Almaniyanın kiçik və orta biznes sahibləri dövlətin ayırdığı yardımların bir hissəsini geri qaytarıblar.

IBB investisiya bankının məlumatlarına görə, təkcə Berlində 4100 nəfər dövlətdən aldığı pulların bir hissəsini və ya tamamilə dövlətə geri qaytarıb. Qeyd edək ki, yardımlar bu bank vasitəsilə verilirdi.

Nəticədə bank indiyədək 36 milyon avro geri alıb. Bankın məlumatına görə, pulunu qaytaranlar o şəxslərdir ki, pandemiyadan zərər gözlədiyindən daha az olub, ya da ümumiyyətlə olmayıb. Bundan başqa bəziləri zərər gözləməsə də, ümumi axına qoşularaq hökumətdən dəstək istəyib. Amma zərərə düşməyəcəyini görüb pulları geri qaytarıb.

fed

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et