Almanların 90%-dən çoxu qiymət artımı səbəbindən xərclərini azaldıb | Banco.az

Almanların 90%-dən çoxu qiymət artımı səbəbindən xərclərini azaldıb

Almanların təxminən 91%-i inflyasiya və yüksək enerji qiymətləri səbəbindən xərcləri azaldıb.

Bu barədə  Almaniyanın “Bild am Sonntag” nəşri yazır.

“Insa”nın 1003 respondent arasında apardığı araşdırmaya görə, almanların 75%-i inflyasiyanın onların rifahına “böyük” və ya “çox güclü” təsir etdiyini bildirib. Respondentlərin yalnız 9%-i xərcləri azaltmadıqlarını bildirib.

Almaniya vətəndaşları geyimə, yeməyə, barlarda dincəlməyə, mədəni fəaliyyətlərə və avtomobil səfərlərinə qənaət etməyə başlayıblar.

Maliyyə vəziyyətinin pisləşməsini sorğu iştirakçılarının yarısı qeyd edib, 42%-i heç bir dəyişiklik görmədiyini, 7%-i isə maliyyə vəziyyətlərinin yaxşılaşdığını qeyd edib. Eyni zamanda, respondentlərin 46%-i əsas alış-verişi təxirə saldıqlarını etiraf ediblər.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et