Almanlar qənaət rejiminə keçib | Banco.az

Almanlar qənaət rejiminə keçib

Müəllif - Aida İsaq, Banco.az

Almanların yarıdan çoxu qiymətlərin sürətlə artması fonunda qənaət rejiminə daha ciddi yanaşmağa başlayıb. 

Banco.az xəbər verir ki, bu “NielsenIQ” şirkətinin apardığı sorğular nəticəsində məlum olub. Araşdırma 10 mindən çox insanı əhatə edib. Sorğu iştirakçılarının 52 faizi yalnız ən zəruri məhsulları aldıqlarını bildirib. Həmçinin iştirakçıların 30 faizi ümumilikdə alış-verişi azaltmağa başladıqlarını vurğulayıb.

Təxminən 44 faiz şəxs "əyləncəli və dəbdəbəli" əşyaları almaqdan imtina etməyə başladığını qeyd edib. Bundan əlavə, almanların 31 faizi restorana getmək vərdişlərini də tərgidib.

“NielsenIQ”in eksperti Lothar Stiblinin sözlərinə görə insanlar qiymətləri diqqətlə izləyir, müqayisələr apararaq daha ucuz başa gələn mağazalara, obyektlərə üz tuturlar. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et