Müəllif:Ayşən İmanova/Banco.az
Almaniyanın ÜDM-i 2024-cü ildə əvvəlki ilə nisbətən 0,2% azalıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Federal Statistika Agentliyi (Destatis) məlumat yayıb.
Beləliklə, Almaniya iqtisadiyyatı artıq ikinci ildir ki, tənəzzülə uğrayıb. 2023-cü ildə ölkədə ÜDM 0,3% azalıb.
Almaniyada istehlak xərcləri 2024-cü ildə 0,3% artıb. Xərclərdə ən çox artım tibbi xidmət sahəsində (+2,8%) qeydə alınıb. Eyni zamanda, geyim və ayaqqabılara xərclər 2,8%, restoran və barlara, o cümlədən mehmanxanalara 4,4% azalıb.
Almaniyada dövlət xərcləri sosial müavinətlərin artması hesabına 2,6% artıb.
“Destatis” qeyd edir ki, 2024-cü ilin çətin iqtisadi iqlimi xarici ticarət məlumatlarında da öz əksini tapıb. Ötən il Almaniya ixracının həcmi 0,8% azalıb, idxal isə 0,2% artıb.