Müəllif - Aida İsaq, Banco.az
Almaniyanın qarşıdan gələn qışda enerji təchizatında problem olmayacaq. Banco.az xəbər verir ki, adı çəkilən ölkənin kansleri Olaf Şolzun fikrincə, Almaniya resurslarla tam formada təmin olunub.
Kanslerin sözlərinə görə, Berlin ölkə üçün vacib resursların tədarükçüsü kimi Rusiya və Çinə ümid bəsləmir. Alman hakimiyyət orqanları Rusiya Federasiyası və Çindən “birtərəfli asılılığa” səbəb olan energetika və ticarət siyasətindəki çatışmazlıqları aradan qaldırıb. Almaniyanın böhranın öhdəsindən gəlmək üçün kifayət qədər gücü var.
Xatırladaq ki, Avropada enerji təchizatı ilə bağlı problemlər Rusiya prezidenti Vladimir Putinin bu ilin martında ixrac etdiyi Rusiya qazının pulunu rublla ödəyəcəyini bəyan etməsindən sonra başlayıb. Bu, Moskvanın Qərb ölkələrinin qeyri-dost sanksiya tədbirlərinə qarşı cavab reaksiyası idi. Eyni zamanda “Şimal axını” qaz kəmərində turbinlərin sıradan çıxması və sanksiyalara görə onlara texniki xidmət göstərilməsinin mümkünsüzlüyü də əlavə problemlər yaradıb.
Bizi sosial şəbəkələrdən izləyin!!