Almaniyanın ixracatı fevral ayında gözləniləndən çox artıb | Banco.az

Almaniyanın ixracatı fevral ayında gözləniləndən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada ixracat həcmi fevral ayında gözləniləndən daha çox - 4 faiz artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatlarına görə, ölkədə mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixrac fevral ayında 4 faiz artaraq 136,7 milyard avroya çatıb. Proqnozlar əvvəlki ayla müqayisədə 1,6 faiz artım istiqamətində idi.

Enerji böhranı və geosiyasi risklərə baxmayaraq, Çin, İngiltərə və ABŞ kimi mühüm ticarət tərəfdaşlarına ixracın artmasının təsiri ilə Almaniyada ixracatın ilin ilk 2 ayında yenidən yüksəlməyə başlaması diqqət çəkib. Belə ki, yanvarda ölkənin ixracı 2,5 faiz artım göstərmişdi.

Almaniyada idxal isə fevralda 4,6 faiz artaraq 120,7 milyard avroya çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış xarici ticarət kəsiri təxminən 16 milyard avro hesablanıb ki, proqnozlar 17 milyard avro istiqamətində idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et