Almaniyanın iqtisadi artım proqnozu aşağı salınıb | Banco.az

Almaniyanın iqtisadi artım proqnozu aşağı salınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya iqtisadiyyatının artım proqnozu yenidən nəzərdən keçirilib.

Banco.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat naziri Robert Habek bu ilə dair artım proqnozlarını açıqlayıb.

Onun sözlərinə görə, son bir neçə rübdə durğunluq və tənəzzül arasında dəyişən iqtisadiyyatın bu il 0,2 faiz artacağı gözlənilir. Əvvəlki proqnoz 1,3 faiz idi.

Ölkə iqtisadiyyatının 2025-ci ildə isə 1 faiz artım göstərəcəyi proqnozlaşdırılıb.

Proqnozları açıqlayan Habek böhrandan gözləniləndən daha ləng çıxdıqlarını dilə gətirib. O bildirib ki, qlobal iqtisadiyyatda tarazlığın pozulması və qlobal ticarətin tarixi minimuma enməsi Almaniya kimi ixracat ölkəsi üçün problem yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Almaniyanın struktur problemləri olduğunu qeyd edən Habekin fikrincə, indi ehtiyac olan şey islahatların sürətləndirilməsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et