Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyanın ən mühüm ticarət tərəfdaşlarından biri olan Çin ABŞ-dan birinciliyini geri almağı bacarıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) yanvar–sentyabr dövrünə dair ölkənin ən vacib ticarət tərəfdaşlarını açıqlayıb.
Buna görə, Almaniyaya ixracını artıran Çin 2025-ci ilin yanvar–sentyabr ayları üzrə Almaniyanın xarici ticarətində ən mühüm tərəfdaş ölkələr siyahısında birinci yerdə qərarlaşıb. Almaniya ilə Çin arasındakı mal ticarəti sözügedən dövrdə 0,6 faiz artaraq 185,9 milyard avroya çatıb.
Almaniyadan Çinə ixrac olunan malların dəyəri isə 12,3 faiz azalaraq 61,4 milyard avroya enib. Analitiklər bu azalmaları dünyanın ikinci ən böyük iqtisadiyyatındakı yavaşlamaya və əvvəl Almaniyadan idxal edilən bəzi məhsulların Çində artan daxili istehsalına bağlayıblar.
Həmin dövrdə Almaniya ilə ABŞ arasındakı ümumi ticarət dövriyyəsi isə 3,9 faiz azalaraq 184,7 milyard avro təşkil edib. Bununla da Çin 1,2 milyard avroluq fərqlə 2025-ci ildə Almaniyanın ən böyük ticarət tərəfdaşı olmaq yolunda irəliləyib.
2023-cü ildə Çin 253,1 milyard avroluq ticarət həcmi ilə ardıcıl səkkizinci dəfə Almaniyanın ən mühüm ticarət tərəfdaşı olmuşdu. Lakin ötən il Almaniya ilə 252,8 milyard avroluq ticarət həcminə çatan ABŞ Çin'i geridə qoymağı bacarmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
