Müəllif: Tamara Mustafayeva, Banco.az
Enerji böhranı fonunda Almaniyanın dövlət borcu rekord həddə çatıb.
Banco.az xəbər verir ki, Almaniyanın dövlət borcu ötən il 46,1 milyard avro artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.
Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı aparıcı məlumatlara görə, 2022-ci ildə ölkənin federal, dövlət, sosial təminat fondları, bələdiyyə və bələdiyyə birlikləri səviyyələrində bütün əsas və əlavə büdcələr daxil olmaqla, qeyri-dövlət qurumlarına ümumi dövlət borcu 46,1 milyard avro artıb.
Borc 2021-ci ilin sonu ilə müqayisədə 2 faiz artaraq 2 trilyon 367,3 milyard avroya çatıb.
Destatis artımın əsas səbəbi kimi "Kovid-19 böhranının mənfi təsirlərinə qarşı və mövcud enerji böhranında maliyyə ehtiyaclarını" göstərib.
Adambaşına düşən dövlət borcu isə 27min 906 avrodan 28 min 155 avroya yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!