Almaniyanın artım proqnozu kəskin azaldılıb | Banco.az

Almaniyanın artım proqnozu kəskin azaldılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada iqtisadiyyat sahəsində çalışan analitik mərkəzlər 2024-cü il üçün artım proqnozunu 1,3 faizdən 0,1 faizə endirib.

Banco.az xəbər verir ki, İqtisadi Tədqiqatlar İnstitutu (İFO) da daxil olmaqla beş iqtisadi analitik mərkəz 2024-2025-ci illəri əhatə edən əvvəlki iqtisadi artım proqnozlarını yeniləyib.

Almaniyanın beş aparıcı iqtisadi analitik mərkəzi iqtisadi siyasətlə bağlı davam edən qeyri-müəyyənliyin şirkətlərin investisiyalarına təzyiq göstərdiyini bəyan edərək bu il ölkədə ÜDM artımı proqnozunu 1,3 faizdən 0,1 faizə endirdiklərini açıqlayıb.

Təşkilatlar həmçinin gələn il üçün iqtisadiyyatın artım proqnozunu 1,5 faizdən 1,4 faizə endiriblər. 

Bununla yanaşı, sözügedən mərkəzlər bu il məşğul insanların sayının 45 milyon 933 mindən 46 milyon 117 minə yüksələcəyini, işsizliyin isə 5,7-dən 5,8-ə qədər artacağını proqnozlaşdırır. 

Ən sərfəli kredit üçün müraciət et

Bu il işsizliyin orta səviyyədə artaraq 2,69 milyon nəfərə çatacağı, 2025-ci ildə isə bir qədər azalma olacağı gözlənilir. İllik inflyasiyanın bu il 5,9 faizdən 2,3 faizə, gələn il isə 1,8 faizə düşəcəyi də proqnozlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et