Almaniyanın 10 illik istiqraz gəlirliliyi kəskin artıb | Banco.az

Almaniyanın 10 illik istiqraz gəlirliliyi kəskin artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın 10 illik istiqrazlarının gəlirliliyi 2011-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

Banco.az xəbər verir ki, treyderlərin Avropa Mərkəzi Bankının (ECB) daha yüksək faiz dərəcələrini daha uzun müddət saxlayacağına olan inamı fonunda Almaniyada 10 illik istiqrazların gəlirliliyi artım göstərib.

Belə ki, istiqraz gəlirliliyi dörd baza bəndi artaraq 2,58%-ə çatıb.

Qeyd edək ki, qlobal tarif bazarlarında yenidən qiymətlərin dəyişməsinə səbəb olan ABŞ inflyasiya göstəricilərindən sonra treyderlər ECB-nin əsas faiz dərəcəsinin ən geci 2024-cü ilin fevralında 3,9 faizə çatacağına dair proqnoz veriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et