Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Almaniya hökuməti Bitcoin-dən ödəniş vasitəsi kimi istifadə edənlərdən vergi almayacaq.
Çərşənbə axşamı verilən məlumat ABŞ-la Almaniya arasındakı fərqləri ortaya çıxarır. ABŞ-da əgər bir vətəndaş Bitcoin ilə bir fincan qəhvə satın alırsa, bu, texniki olaraq əmlak vergisi tətbiq olunur.
Almaniya isə bunun əvəzinə, Bitcoin-i ödəniş vasitəsi kimi istifadə edildikdə ondan vergi tutmayacaq.
Alman Maliyyə Nazirliyinin qaydaları 2015-ci ildə Avropa Birliyi Avropa Məhkəməsi tərəfindən qəbul edilən əlavə dəyər vergisi qərarlarına əsaslanır. Təlimatlar bu yeni vergi qərarlarını kriptovalyutaları qanuni ödəmə vasitəsi sayaraq müdafiə edib:
“Virtual valyuta vahidləri (kriptovalyutalar, Bitcoin və s.) dövtiyyədə olan ödəniş vasitələrinə uyğun hala gəldi. Artıq rəqəmsal valyutalara müqaviləli və ani ödənişlər etmək üçün daha çox üstünlük verilməyə başlandı”.
Vergi məqsədləri baxımından Bitcoin-ə tətbiq edilən tənzimləmələr “vergiyə cəlb edilən müxtəlif maraq” hesab olunur. Qaydaya əsasən, bir alıcı xidmət və ya məhsullar üçün Bitcoin ilə ödəniş etdikdə AB-nin ƏDV direktivindəki maddələr əməliyyat zamanı tətbiq edilərək satıcı tərəfindən sənədləşdiriləcək.
Ancaq bununla yanaşı, AB müddəalarına görə, Bitcoin-in fiata çevrilməsi əməliyyatı “xidmət təminatı” hesab olunduğu üçün əməliyyat zamanı vasitəçi olacaq bir tərəf vergiyə cəlb edilməyəcək.
Kriptovalyuta ekosisteminin digər maddələri vergiyə cəlb edilməyəcək. Təlimatlara görə, blok mükafatları alan mədənçilər etdikləri iş könüllü sayıldığı üçün vergidən uzaq olacaqlar. Eynilə, öz adlarına Bitcoin ticarəti edən əməliyyat operatorları da vergidən azad edilir, ancaq bir texniki bazara çevrilən birja bu imtiyazdan faydalana bilməyəcək.
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.