Almaniyada "Uber"ə qadağa qoyulur | Banco.az

Almaniyada "Uber"ə qadağa qoyulur

Almaniyanın Frankfurt şəhərinin rayon məhkəməsi “Uber” texnologiya şirkətinin ölkədəki fəaliyyətinə qadağa qoyub.

Məhkəmənin qərarına əsasən, “Uber”in Almaniyada həyata keçirəcək hər bir qanunsuz səfəri üçün şirkət 250 avro ödəməli olacaq və təkrar pozuntular halında bu məbləğ 250 min avroya çatanadək artacaq.

“Uber” artıq məhkəmənin qərarına etiraz edəcəyini bildirib, lakin hələlik müştərilər şirkətin xidmətlərindən istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bundan əvvəl London hakimiyyəti “Uber”ə Böyük Britaniya paytaxtında fəaliyyət göstərmək üçün lisenziya verməkdə imtina etmişdi. Bundan başqa, şirkətin İstanbulda da fəaliyyəti dayandırılıb. Bu qərar İstanbul Məhkəməsi tərəfindən qəbul edilib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et