Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada investor inamının azalması tənəzzüllə bağlı narahatlıqları gücləndirib.
Banco.az xəbər verir ki, Almaniyada investor inamı tələbin azalması və istehsal sektorundakı daralma səbəbindən bu ay da azalmağa davam edib.
Almaniyada ZEW proqnozlar indeksi may ayında mənfi 10,7 punkta düşüb. İndeks aprel ayında 4.1 punkt idi. İqtisadçıların gözləntiləri isə mənfi 5 istiqamətində olub.
Cari şərtlər indeksi də mənfi 34,8 punkt təşkil edib ki, proqnozlar mənfi 37 olacağını deyirdi.
Qeyd edək ki, Avropa Komissiyasının dünən açıqladığı göstəricilərə görə, Almaniyanın bu il üçün artım proqnozu 0,2 faiz, 2024-cü il üçün isə 1,4 faiz təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!