Almaniyada son üç atom elektrik stansiyasının fəaliyyəti dayandırılacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Almaniyada son üç atom elektrik stansiyasının fəaliyyəti dayandırılacaq

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada üç atom elektrik stansiyasının fəaliyyəti (AES) həmişəlik dayandırılacaq. 

Banco.az xəbər verir ki, Almaniyanın iqtisadiyyat və energetika naziri Robert Habek bu qərarı təsdiqləyib. Beləliklə, Isar-2, Neckarwestheim-2 və Emsland atom elektrik stansiyalarının fəaliyyəti aprelin 15-də dayandırılacaq. Buna baxmayaraq, almanların əksəriyyəti bu qərara qarşı çıxıb. Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 26 faizi atom elektrik stansiyalarının bağlanmasının tərəfdarı olub. Eyni zamanda, sorğuda iştirak edənlərin 33 faizi atom elektrik stansiyalarının qeyri-müəyyən müddətə fəaliyyətini davam etdirməli olduğu fikrini bildirib. Digər 32 faiz isə AES-in fəaliyyətinin məhdud müddətə davam etdirilməsinin tərəfdarı olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram