Almaniya Federal Statistika Bürosunun məlumatlarına görə, 2017-ci ildə 2.2% artan iqtisadiyyat 2018-ci ildə 1.5% artıb. Bu, 5 ilin ən yavaş iqtisadi artımıdır.
İqtisadiyyatın xüsusilə ilin ikinci yarısında ləngidiyinə dair siqnallar vardı. İqtisadiyyat 3-cü rübdə 0.2% azalmışdı, bu da 2015-ci ildən bəri ilk rüblük azalma olmuşdu.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya ABŞ Prezidenti Donald Trampın təkan verdiyi ticarət müharibələri, qlobal iqtisadiyyatda "soyuma", Böyük Britaniyanın Avropa Birliyindən çıxması kimi problemlərlə mübarizə aparır.
Marja