Müəllif: Mehin Qasımova/Banco.az
Almaniyada iqtisadiyyatdakı tənəzzül və artan faiz xərcləri səbəbiylə sentyabr ayında müflisləşən şirkətlərin sayı 19,5 faiz artıb.
Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) verdiyi açıqlamaya görə, sentyabr ayında iflas müraciətləri bir əvvəlki ilin eyni ayına görə 19,5 faiz artıb. Avqust ayında ölkədə əvvəlki illə müqayisədə müflisləşmə hallarında 13,8 faiz artım olub.
Statistika idarəsi ölkədə şirkət və fərdi iflaslar üzrə iyul ayı üzrə yekun məlumatı da açıqlayıb. Müvafiq olaraq, iyul ayında iflas edən müəssisələrin sayı 2022-ci ilin iyul ayına nisbətən 37,4 faiz artaraq 1586-ya çatıb.
İflas etmiş şirkətlərin 3,1 milyard avro borcları qalıb.2023-cü ilin iyul ayında ən çox iflas 10 min şirkətə 8 iş olmaqla, nəqliyyat və anbar sektorunda görülüb.
Xatırladaq ki, Avropa Mərkəzi Bankının (AMB) pul siyasətini sərtləşdirməsi alman şirkətlərinin maliyyə xərclərini də artırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!