Almaniyada sənaye istehsalı son rübə azalma ilə başlayıb | Banco.az

Almaniyada sənaye istehsalı son rübə azalma ilə başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı oktyabr ayında yüksək enerji xərcləri səbəbindən bir qədər azalıb.

Banco.az xəbər verir ki, Almaniya Statistika Bürosunun (Destatis) məlumatlarına görə, ölkədə sənaye istehsalı əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb ki, bunun da əsas səbəbi kimi enerji xərclərinin istehsala zərbə vurması göstərilir.

Ekspertlər isə 0,6 faiz azalma proqnozlaşdırmışdılar.

Qeyd edək ki, Avropanın ən böyük iqtisadiyyatında istehsal sənayesi qlobal iqtisadi ləngimə səbəbindən tələbin zəifləməsinə görə çətin dövrdən keçir. Ölkədə qaz təchizatı problemləri müəyyən qədər azalsa da, yüksək enerji xərcləri, yüksək inflyasiya və iqtisadi perspektivdəki qeyri-müəyyənliklər sektorun üzərində qara buludlar yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et