Almaniyada sənaye istehsalı sabitləşir | Banco.az

Almaniyada sənaye istehsalı sabitləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı ilin ilk ayında iqtisadçıların proqnozlarını üstələyib və bu, sektorda zəifliyin azaldığını göstərir.

Banco.az xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyinin məlumatına görə, sənaye istehsalı yanvar ayında aylıq müqayisədə 2% artıb. Proqnoz isə 1,5% artım olması idi.

Sənaye istehsalı illik baxımdan isə 1,6% azalaraq proqnozlardan daha az geriləyib. Gözlənti 2,8% azalma olması istiqamətində idi.

Ötən həftə açıqlanan başqa bir göstərici fabrik sifarişlərinin iri miqyaslı məhsulların təsiri ilə yanvarda azaldığını göstərmişdi. Bununla belə, son zamanlarda iqtisadiyyata dair pozitiv siqnallar da var: “S&P Global” tərəfindən keçirilən sorğu 2022-ci ildə başlayan tənəzzülün ötən ay azaldığını göstərmişdi.

Avropanın ən böyük iqtisadiyyatında sənaye sektorunun görünüşü son zamanlarda kanslerliyə namizəd Fridrix Mersin Rusiyaya qarşı ordunu gücləndirmək və infrastruktur layihələrinə 500 milyard avro (543 milyard dollar) sərmayə yatırmaq planı ilə dəyişib.

Analitiklər bu inkişafın iqtisadi artıma müsbət təsir edəcəyini gözləyir. “Bloomberg Economics”in hesablamalarına görə, infrastruktur xərclərində sürətli artım qısamüddətli perspektivdə ÜDM-i 1%, uzunmüddətli perspektivdə isə 2% artır bilər.

Bununla belə, Almaniyanın istehsal sektorunda ABŞ-ın ticarət tarifləri ilə bağlı təhdidi hələ də davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram