Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada sənaye istehsalı may ayında ötən 1,5 ilin ən kəskin aylıq azalmasını qeyd edib.
Banco.az xəbər verir ki, Almaniyanın sənaye istehsalı may ayında kəskin şəkildə azalaraq Avropanın ən böyük iqtisadiyyatında bərpanın çətin olaraq qaldığına işarə edib.
Məlumatlar göstərir ki, ölkədə sənaye istehsalı may ayında əvvəlki ayla müqayisədə 2,5 faiz azalıb. Bununla da 2022-ci ilin dekabrından bəri aylıq olaraq sənayedə ən kəskin azalma müşahidə edilib.
İllik azalma isə 6,7 faiz təşkil edib.
Qeyd edilənə görə, bu dövrdə ölkədə avtomobil, maşın və elektrik avadanlıqlarının istehsalı 5 faizdən çox azalıb.
Xatırladaq ki, may ayında proqnozların əksinə olaraq fabrik və zavod sifarişlərində də azalma reallaşmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!