Almaniyada sənaye istehsalı azalmaqda davam edir | Banco.az

Almaniyada sənaye istehsalı azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı artıq 4-cü aydır ki, azalmaqdadır.

Banco.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatında sənaye istehsalı avtomobil və elektronika sektorları başda olmaqla, kiçilməkdə davam edib.

Almaniya Statistika İdarəsinin (Destatis) məlumatına görə, sentyabr ayında sənaye istehsalı 1,4 faiz azalıb.

“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçılar 0,1 faiz azalma gözləyirdilər. Avtomobil, elektronika və əczaçılıq sənayesi bu tendensiyada aparıcı mövqedə olublar.

Qeyd edək ki, Almaniya iqtisadiyyatı üçüncü rübdə ev təsərrüfatı  xərclərinin azalması səbəbindən 0,1 faiz daralıb. Analitiklər iqtisadiyyatın ilin son rübündə 0,1 faiz daralacağını və tənəzzülə girəcəyini gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram