Tamara Mustafayeva, Banco.az
Almaniyada sənaye istehsalı iyul ayında azalıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi (Destatis) iyul ayı üzrə sənaye istehsalı ilə bağlı müvəqqəti məlumat açıqlayıb.
Bu məlumata görə, mövsüm və təqvim təsirlərinin kənarlaşdırıldığı sənaye istehsalı iyul ayında əvvəlki aya nəzərən 0,3 faiz azalıb. Ekspertlər isə 0,6% azalma proqnozlaşdırmışdılar.
Sənaye istehsalı iyul ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 1,1 faiz aşağı düşüb.
Sözügedən dövrdə əsas vəsaitlərin istehsalı 0,8 faiz, istehlak mallarının istehsalı isə 3 faiz azalmışdır. Sənayedən başqa, ölkədə enerji istehsalı 2,8 faiz, tikinti 1,4 faiz artıb.
Qeyd edək ki, sənaye istehsalının azalmasına əsas kimi material çatışmazlığı, o cümlədən Ukraynada davam edən müharibənin tədarük zəncirinə təsiri və Covid-19 böhranın səbəb olduğu digər problemlər göstərilib.
Bizi sosial şəbəkələrdən izləyin!!