Almaniyada sənaye istehsalı 16 ayın ən sürətli artım tempinə çatıb | Banco.az

Almaniyada sənaye istehsalı 16 ayın ən sürətli artım tempinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada sənaye istehsalı iyun ayında əvvəlki ayla müqayisədə 1,4 faiz artıb.

Banco.az xəbər verir ki, Almaniyanın sənaye istehsalı iyun ayında müsbət siqnallar verib.

İyun ayında ölkədə sənaye istehsalı əvvəlki ayla müqayisədə 1,4 faiz artıb. Bu aylıq artım 2023-cü ilin fevralından bəri qeydə alınan ən sürətli artım olub. "Bloomberg" nəşrinin sorğusunda artımın 1 faiz olacağı gözlənilirdi.

İllik müqayisədə isə sənaye istehsalı proqnozlardan aşağı olub. İyun ayında Almaniyada sənaye istehsalı əvvəlki ilin eyni ayına nəzərən 4,1 faiz azalıb. Proqnozlar 4,2 faiz azalma olacağı istiqamətində idi.

Məlumatlar göstərir ki, sənaye istehsalının artımı avtomobil və elektrik avadanlıqları sektorundakı artımdan qaynaqlanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Almaniyada sözügedən dövrə aid zavod sifarişlərində gözləniləndən daha böyük artım qeydə alınsa da, bu yaxınlarda açıqlanan digər məlumatlar məyusedici olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram