Almaniyada saatlıq minimum əmək haqqının artırılması təklif olunub | Banco.az

Almaniyada saatlıq minimum əmək haqqının artırılması təklif olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada bir saatlıq minimum əmək haqqı üçün 12,41 avro təklif olunub.

Banco.az xəbər verir ki, Almaniya hökuməti tərəfindən işəgötürənlər və işçilərin nümayəndələrindən ibarət olmaqla yaradılan Minimum Əmək haqqı Komissiyası hər saat üçün ödənilən minimum əmək haqqı ilə bağlı qərarını açıqlayıb.

Belə ki, komissiya gələn ildən etibarən əmək haqqının hər saat üçün 12,41 avroya qədər artırılmasını təklif edib.

Komissiya minimum əmək haqqının 2025-ci ilin yanvarından etiarən isə 12,82 avroya qədər artırılmasını istəyib.

Xatırladaq ki, Almaniyada qanuni minimum əmək haqqı ilk dəfə 2015-ci ildə saatda 8,50 avro olaraq tətbiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et