Almaniyada polad istehsalı son 16 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Almaniyada polad istehsalı son 16 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada polad istehsalı son 16 ilin ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Alman Polad Birliyi “WV Stahl” 2025-ci il üzrə Almaniyanın xam polad istehsalı ilə bağlı göstəriciləri açıqlayıb.

Buna əsasən, ölkənin xam polad istehsalı ötən il əvvəlki illə müqayisədə 8,6 faiz azalaraq 34,1 milyon ton təşkil edib.

Birliyin açıqlamasında qeyd olunub ki, 2025-ci ildə qeydə alınan 34,1 milyon tonluq istehsal həcmi qlobal maliyyə böhranının yaşandığı 2009-cu ildəki 32,7 milyon tonluq göstəricidən bəri qeydə alınan ən aşağı səviyyədir.

Açıqlamada həmçinin vurğulanıb ki, sözügedən istehsal həcmi ardıcıl dördüncü dəfə sektor üçün kritik hədd hesab edilən 40 milyon tondan aşağı qalıb, istehsal gücündən istifadə səviyyəsi isə 70 faizdən aşağı düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram