Almaniyada müflisləşən şirkətlərin sayı artıb | Banco.az

Almaniyada müflisləşən şirkətlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında Almaniyada müflisləşən şirkətlərin sayı artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) verdiyi açıqlamaya görə, ölkədə fəaliyyət göstərən şirkətlərin mart ayında iflas ərizələri fevral ayına nisbətən 13,2 faiz artıb. Fevral ayında da əvvəlki ayla müqayisədə 10,8 faiz artım qeydə alınmışdı.

Destatis bəyan edib ki, iflas ərizələri adətən müəyyən gecikmə ilə statistikaya daxil edilir.

Qeyd edək ki, ölkədə Kovid-19 böhranına, Rusiya-Ukrayna müharibəsinə və sonrakı enerji böhranına baxmayaraq, müflisləşmə öhdəliyinin qismən dayandırılması, qısamüddətli əmək müavinətlərinin genişləndirilməsi, hərtərəfli dövlət yardımı sayəsində 2020, 2021 və 2022-ci illərdə müflisləşən şirkətlərin sayı tarixən ən aşağı səviyyədə olub.

Ən sərfəli kredit üçün müraciət et

Mütəxəssislər artıq istehsal və kadr xərclərinin artması və faiz dərəcələrinin əhəmiyyətli dərəcədə yüksəldilməsi səbəbindən bu il Almaniyada daha çox şirkətin müflisləşəcəyini proqnozlaşdırırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et