Almaniyada "Microsoft"a qarşı inhisar araşdırması başladılıb | Banco.az

Almaniyada "Microsoft"a qarşı inhisar araşdırması başladılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyanın rəqabət agentliyi Federal Kartel İdarəsi Microsoft-un bazar gücü ilə bağlı araşdırmaya başlayıb.

Banco.az xəbər verir ki, Federal Kartel İdarəsi (The Bundeskartellamt) açıqlamasında bildirib ki, araşdırma "Microsoft-un bazar miqyasında rəqabət üçün müstəsna əhəmiyyət kəsb edən şirkət kimi təyin edilib-edilməyəcəyini" müəyyən edəcək.

Almaniya Federal Kartel İdarəsinin rəhbəri Andreas Mundt “Microsoft”un ənənəvi olaraq Windows və Office proqramlarında, əməliyyat sistemlərində və ofis proqramlarında güclü mövqeyə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında Federal Kartel İdarəsi “Google”un ana şirkəti “Alphabet”i bazar miqyasında rəqabət üçün vacib əhəmiyyət kəsb edən kimi təsnif etmişdi. 2022-ci ilin mayında isə “Facebook”un sahibi “Meta” və 2022-ci ilin iyulunda da “Amazon” sözügedən təsnifata daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et