Almaniyada mayeləşdirilmiş təbii qaz üçün ilk boru kəmərinin inşası başa çatıb | Banco.az

Almaniyada mayeləşdirilmiş təbii qaz üçün ilk boru kəmərinin inşası başa çatıb

Müəllif - Aida İsaq, Banco.az

Almaniyada mayeləşdirilmiş təbii qaz (LNG) mənbəyini paylayıcı sistemlə birləşdirən ölkənin ilk boru kəmərinin inşası başa çatdırılıb. Banco.az xəbər verir ki, bu barədə müvafiq layihənin icra edilməsini həyata keçirən "Gascade" şirkətinin rəhbəri Kristof fon dem Buşe məlumat verib.

Qaz kəmərinin dekabrda istifadəyə verilməsi nəzərdə tutulur. Şirkət təmsilçisinin sözlərinə görə, tamamlanan layihə şirkətin tədarük mənbələrinin genişləndirilməsinə və hökumətin səylərinə dəstəyini göstərir. 

Qeyd edək ki, daha öncə ölkənin şimalında yerləşən Vilhelmshaven şəhərində mayeləşdirilmiş təbii qazla (LNG) gəmilərin qəbulu üçün ölkədə ilk mobil terminalın tikintisi başa çatdığı bilidirilmişdi. Terminal 2023-cü ilin yanvarından fəaliyyətə başlayacaq.

Ümumilikdə Almaniya gələn ilin əvvəlində istismara verilməli olan yeddi üzən LNG qəbuledici terminalına təxminən 6,5 milyard avro xərcləmək niyyətindədir. Onların ümumi gücü 30 milyard kubmetrdən çox qiymətləndirilir. Bundan əlavə, 2025-2026-cı illərdə Almaniya hakimiyyəti üç stasionar terminal tikməyi planlayır.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram