Müəllif: Tamara Mustafayeva, Banco.az
Kreditlərə dair xidmət təminatçısı “Creditreform” tərəfindən aparılan araşdırmaya görə, bu il 23 min 900 şirkətin iflas müraciəti edəcəyi proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, bu il iflas edən şirkətlərin sayısının ötən illə müqayisədə 8,3 faiz artacağı gözlənilir və bunun 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatacağı hesablanır. 2014-cü ildə Almaniyada təxminən 24 min 100 şirkət iflas etmişdi.
Bununla yanaşı, 2023-cü ildəki 22,9 faiz və 2024-cü ildəki 22,5 faiz artımla müqayisədə, bu ilin iflas artışının əhəmiyyətli dərəcədə daha yavaş olacağı qeyd edilir.
Şirkətlərin iflas müraciətləri ilə əlaqədar kreditorlara ödənilməsi gözlənilən borcun 57 milyard avro səviyyəsində olacağı bildirilir. Həmin borc ötən il təxminən 59,1 milyard avro olmuşdu.
Bu il təxminən 285 min işçinin şirkət iflaslarından təsirlənmiş olacağı ehtimal edilir.
Korporativ iflaslardan əlavə 2025-ci ildə 76 min 300 borclunun şəxsi iflas müraciəti etməsi gözlənilir. Bu rəqəm 2016-cı ildən bəri ən yüksək səviyyə olmaqla yanaşı, 2024-cü illə müqayisədə 6,5 faiz artıma işarə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
